Əlaqə Arxiv
news Image
2013.12.16
17:26
| A A A
Azərbaycan XİN başçısının müavini: “Qəbələ RLS-lə bağlı məsələ bitib”
RLS-nın binası və mülkiyyəti Nazirlər Kabinetinin sərəncamı əsasında müvafiq qurumlara həvalə olunub

Qəbələ RLS-lə bağlı yaradılmış komissiya qarşısına qoyulan məsələlərin həllini tam başa çatdırıb".

 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini, Qəbələ RLS-in təhsil-təslimi üzrə komissiyanın Azərbaycan tərəfdən həmsədri Xələf Xələfov deyib.

 

X. Xələfov bildirib ki, Rusiya tərəfi ilə birgə bütün lazımi tədbirlər görülüb, RLS-lə bağlı bütüm məsələlər həllini tapıb, Rusiya kontingenti və mülkiyyəti stansiyadan tam çıxarılıb: "Stansiya bu gün fəal göstərmir. Bu məsələ bitmiş hesab olunur. Qəbələ RLS-in binası və mülkiyyəti isə Nazirlər Kabinetinin sərəncamı əsasında müvafiq qurumlara həvalə olunub. Həmin qurumlar öz funksiyaları əsasında RLS-lə əlaqədar lazımi fəaliyyətlər həyata keçirir". 

Sizin Reklam Yeriniz