Azərbaycanda bu bağçada ciddi nöqsanlar aşkarlandı
Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə
Dövlət Nəzarəti Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən Qazax
şəhəri, Bakı küçəsində yerləşən 1 saylı uşaq bağçası-körpələr
evində qidalanmanın dövlət standartına uyğunluğu
araşdırılıb.
Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, araşdırmalar zamanı müəyyən olunub ki, bağçada hazırlanan yeməklər müvafiq qaydada təsdiq olunmuş texniki təlimat və reseptura olmadan hazırlanır, anbarda mal qonşuluğuna və saxlanma şəraitinə riayət olunmur. Eyni zamanda standartın tələblərinə uyğun olaraq bağçada 10 günlük və ya 2 həftəlik menyu tərtib olunmalı olduğu halda gündəlik menyu tərtib olunur. Bundan başqa tibb işçisi verilməsi nəzərdə tutulan yeməklərdən nümunə götürmür, yeməklərin kalorilik, zülal, yağ və karbohidrat miqdarını hesablamır.
Yoxlama zamanı bağçanın yataq və mətbəx otağlarının gigiyenik tələblərə cavab vermədiyi aşkar edilib.
Bu və digər nöqsanların aradan qaldırılması üçün bağça rəhbərinə vaxt verilib.