Əlaqə Arxiv
news Image
2013.12.24
23:13
| A A A
Qafqazlıların Moskvada bir milyonluq mitinqi planlaşdırılır
Mitinqdə "Rusiya" telekanalında millətlərarası düşmənçiliyin qaldırılmasına qarşı şüarlar səsləndiriləcək Yanvarın 26-da Moskvanın Manej meydanında Şimali Qafqaz xalqlarının rus ksenofobiyasına qarşı mitinqinin keçirilməsi planlaşdırılır. 

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Moskvadakı Qafqaz xalqları konqresinin nümayəndəsi Abakar Abakarov bildirib.

Onun sözlərinə görə, aksiyaya 1 milyondan çox qafqazlının qatılması gözlənilir: "Aksiyada əsasən Çimali Qafqaz respublikalarından olan gəlmələr iştirak edəcəklər. Artıq Orta Asiyadan və Volqa ətrafından olan təşkilatlar da bu mitinqlə maraqlanmağa başlayıblar".

Abakurov təşkilatların adının indidən çəkilməsini istəməyib. 

Qafqazlıların bu mitinqlə bağlı planları da açıqlanıb. Bildirilir ki, aksiyaçılar Moskva sakini Yuri Budanovun ölümündə ittiham olunan vəkil Murad Musayevə qarşı cinayət işinin saxtalaşdırılması ilə bağlı şüralar səslənirəcəklər. 

Bundan başqa onlar məktəblərdə hicabın qadağan olunmasına və yeni məscidlərin tikintisinə mane olan bəzi hökumət dairələrinin hərəkətlərinə, o cümlədən "Rusiya" telekanalında millətlərarası düşmənçiliyin qaldırılmasına qarşı etirazlarını bildirəcəklər.
Sizin Reklam Yeriniz