Əlaqə Arxiv
news Image
2014.01.05
21:08
| A A A
Müdafiə Nazirliyinin mətbuat xidmətinə yeni rəis təyin olundu
Müdafiə naziri Zakir Həsənov bununla bağlı yeni əmr imzalayıb Müdafiə Nazirliyinin mətbuat xidmətinə yeni rəis təyin olunub. 

AzNews.az-ın xəbərinə görə, bununla bağlı müdafiə naziri Zakir Həsənov yeni əmr imzalayıb. 

Əmrə əsasən, nazirliyin İnformasiya İdarəsində çalışan polkovnik-leytenant Vaqif Dərgahlı mətbuat xidmətinin rəisi təyin edilib. 

Xatırladaq ki, Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra qurumun mətbuat xidmətinə 7 il rəhbərlik etmiş sabiq deputat Eldar Sabiroğlu raport yazaraq Silahlı Qüvvələrdən təxris olunmasını xahiş edib və məzuniyyətə çıxıb. Məzuniyyəti başa çatan kimi 2013-cü ilin dekabr ayında isə o, ordu sıralarından təxris edilib. 


Sizin Reklam Yeriniz