Əlaqə Arxiv
news Image
2014.01.10
11:55
| A A A
Baş epidemioloq: "Bu virus "donuz qripi"ndən təhlükəli deyil"
"Azərbaycanda əhali arasında yayılmış xəstəliyi H3 N2 virusu adlandıraraq əhalini xofa salmaq lazım deyil. Əgər bu yoluxucu xəstəlik "donuz qripi"ndə təhlükəli olsaydı, indiyədək bu qripdən bir insan dünyasını dəyişərdi. Hazırda əhali arasında yayılmış xəstəlik mövsümi qripdir".

Bu sözləri Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib. İ. Ağayev bildirib ki, mövsümi qropə görə əhalinin kütləvi şəkildə vaksinasiya olunmasına ühtiyac yoxdur: "Hazırda əhali arasında yayılan xəstəik panepidemiyadır. Epidemiya halını almadığından vaksinasiyaya da lüzum yoxdur. Nə də ki, əhalini bu xəstəlikdən kütləvi şəkildə qorumaq mümkün deyil. Əgər mövsümi qrip hansısa ölkədə varsa, tədricən gediş-gəliş vasitəsilə, hava-damcı yolu ilə yayılır. Bu xəstəlikdən qorxmaq, əhalini təşvişə salmaq lazım deyil". 

Sizin Reklam Yeriniz