Ariel Şaran üçün xatirə mərasimi keçirildi
İsrail keçmiş xarici işlər naziri Ariel Şaron üçün Qüdsdə dövlət
xatirə mərasimi keçirilib. Movqe.Az xəbər verir ki, Knessetdə
keçirilən mərasimdə 20 xarici nümayəndəylə yanaşı ABŞ
vitse-prezidenti Coe Biden də iştirak edib. Cənab Şaron Ərəb
dünyasında tanınmış əsgər və dövlət xadimi olub. O, 85 yaşında 8
illik komadan sonra şənbə günü dünyasını dəyişib. Cənab Şaron Neqev
səhrasında ailə qəbirstanlığında dəfn ediləcək. Onun cansız bədəni
parlamentdən çıxarılarkən minlərlə insan bazar günü yasa boğulub.
Baş nazir Benyamin Netanyahu bazar günü keçirilən kabinet
yığıncağında Ariel Şaronu "Yəhudi xalqının tarixinin və ötən
əsrinin ilk və ən önəmli əsgəri, böyük generalı" adlandırıb.