Əlaqə Arxiv
news Image
2014.01.13
14:24
| A A A
Uşaq telekanalı ilə bağlı qərar verildi-Eksklüziv
Toğrul Məmmədov: "Qərara alınıb ki, hələki yerli kanallardakı uşaq verilişlərinin səviyyəsi yüksəldilsin" Azərbaycanda uşaq kanalının yaradılıb-yaradılmayacağı barədə məsələ Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında müzakirə edilib. Movqe.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədovun verdiyi məlumata görə, qərara alınıb ki, hələki yerli kanallardakı uşaq verilişlərinin səviyyəsi yüksəldilsin: "Bununla bağlı telekanallara tövsiyyələr də verilib. Əgər uşaq verilişlərinin səviyyəri yüksəldilməsə qərara alınıb ki, gələcəkdə uşaq telekanalının açılması məsələsi yenidən gündəmə çıxardılsın". 

Qeyd edək ki,  ölkə prezidentinin 2011-ci ildə imzaladığı "Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin  artırılması sahəsində milli fəaliyyət proqramı"ilə bağlı sərəncamın uşaq kanalının yaradılması məsələsi öz əksini tapıb. 

Sizin Reklam Yeriniz