Əlaqə Arxiv
news Image
2014.01.14
09:38
| A A A
Sərxoş sürücü qəza törətdi
Bakının Nəsimi rayonu ərazisində iki nəfərin xəsart alması ilə nəticələnən yol qəzası baş verib. Movqe.az-ın xəbərinə görə, Bakıxanov prospekti ilə hərəkət edən "Bmw" markalı sürücü idarəetməni itirib və əvvəlcə yol nişanına sonra isə ağaca çırpılıb. Qəza nəticəsində xəsarət alanlar 1 saylı şəhər xəstəxanasına çatdırılıblar.  
Sürücü 30 yaşlı Qurter Vladimr Mixayıloviç hər iki dizin yumşaq toxumalarının əziyi diaqnozu ilə qəbul olunub. Avtomobildə olan digər sərnişin isə üz nahiyəsindən xəsarət alıb. İlkin yardımlardan sonra hər iki şəxs evə buraxılıb. Xəstəxənadan həmçinin Vladimrin çoxlu miqdarda spirtli içki qəbul etdiyi də bildirilib. Qəza zamanı avtomobil yüksək sürətlə hərəkət etdiyindən nəqliyyat vasitəsinin ön hissəsinə ziyan dəyib. Polis hadisənin dəqiq baş vermə səbəbini araşdırır.
Sizin Reklam Yeriniz