Əlaqə Arxiv
news Image
2014.01.15
13:17
| A A A
Millət vəkilindən minaya düşən direktora dəstək
Movqe.az-ın xəbərinə görə, millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun  minaya düşən Qaralar kənd sakini,kənd Mədəniyyət evinin direktoru Hidayət Müseyibovla telefon əlaqəsi saxlayıb. Bu barədə millət vəkili sosial şəbəkədəki profilində bunları yazıb: " Bir az əvvəl millət vəkili olduğum Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Qaralar kənd sakini və sərhəd ərazidə minaya düşərək yalanan qardaşımız Hidayət Müseyibov ilə danışdım. Bu xəbəri eşidən kimi çox üzülmüşdük. Həkimlər hər şeyin qaydasında olacağını desə də çox narahat idik. Çox şükr əməliyyatı uğurlıu keçdi. Mina partlaması nəticəsində itirdiyi ayaq baş barmağı amputasiya olunsa da ayağı həkimlər xilas ediblər. Ayaq falanqalarında və inci sümüyündəkisınıqlarla bağlı şina qoyulub və xəstə yavaş-yavaş yaxşılaşmağa başlayıb. Telefonla danışdıq , keçmiş olsun diləklərimi söylədim və bir az söhbət etdik. Çox şükr yaxşı qurtarıb daha betəri də ola bilərdi. İnşallah bir daha belə bir acı yaşamaz. Rayon mərkəzi xəstəxanasının baş həkimi, əməliyyat və müalicə həkimləri ilə tez-tez danışırıq inşallah yaxın günlərdə tamam sağalaraq evinə dönəcək. Hidayət qardaşa lazımı tibbi yardımı edən həkimlərimizə də təşəkkür edirəm. Hidayət qardaşımıza bir daha keçmiş olsun və Yaradan o da daxil olmaqla insanlarımızı bu cür bəlalardan qorusun".
Sizin Reklam Yeriniz