Əlaqə Arxiv
news Image
2014.01.20
16:58
| A A A
Kolumbiya XİN 20 Yanvar faciəsi ilə əlaqədar nota təqdim edib
Notada xalqımızın müvəffəqiyyətlə nəticələnən öz müqəddəratını təyin etmə və suverenlik uğrunda mübarizəsinin tanındığı bildirilir Kolumbiya Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirilməsi barədə nota təqdim edib.

Azərbaycanın Meksika Birləşmiş Ştatları və eyni zamanda Kolumbiyadakı Səfirliyindən Trend-ə daxil olan məlumata görə, Kolumbiya Respublikası Xarici İşlər Nazirliyindən Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatları və eyni zamanda Kolumbiya Respublikasındakı Səfirliyinə ünvanlanmış notada, "1990-cı ilin 20 yanvar tarixində Azərbaycanda Sovet qoşunları tərəfindən törədilmiş və Qara Yanvar faciəsi kimi tanınmış hadisələr"lə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirilərək, xalqımızın 1991-ci ildə müvəffəqiyyətlə nəticələnən öz müqəddəratını təyin etmə və suverenlik uğrunda mübarizəsinin tanındığı bildirilib.


Sizin Reklam Yeriniz