ANS daha 7 saytı məhkəməyə verdi- Siyahı
ANS Müstəqil Yayım və Media Şirkətinin işgüzar
nüfuzuna xələl gətirən materiallar yaydığı üçün məhkəmə verdiyi
sayt və portalların sayı artıb. Movqe.az ANS PRESS-ə
istinadən xəbər verir ki, məlumata görə, həqiqətə uyğun olmayan
məlumatlar yaydıqlarına görə, məhkəmədə cavab verəcək portalların
siyahısına aşağıdakılar da əlavə edilib: dunyatv.az, realxeber.az,
etatist.com, xalqxeber.az, baymedia.az, avrasiya.net, marka.az.
Qeyd edək ki, daha öncə məhkəmə verilən sayt və portallar bunlar
idi - aznews.az, ınterpress.az, azvision.az, demokratiya.info,
axar.az, publika.az, presspost.az.