Əlaqə Arxiv
news Image
2014.01.21
18:36
| A A A
Azərbaycan Müdafiə Nazirliyi erməni nazirin bəyanatına cavab verdi
"Yanvarın 19-dan 20-nə keçən gecə qoşunların təmas xəttində heç bir hadisə baş verməyib" Azərbaycan Müdafiə Nazirliyindən, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın "Azərbaycan hərbiçilərinin cəbhə xəttini pozaraq erməni hərbçilərini qətlə yetirməsi" ilə bağlı yaydığı məlumata cavab verib. Nazirliyin Mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, erməni hərbi birləşmələrində insident və hərbçinin öldürülməsi onların daxilində yaşanan hadisələrlə bağlıır. 

"Yanvarın 19-dan 20-nə keçən gecə qoşunların təmas xəttində heç bir hadisə baş verməyib. Shran Ohanyanın iddia etdiyi kimi Silahlı Qüvvələrimizdən də itki olmayıb" 

Müdafiə Nazirliyindən bildiriblər ki, yanvarın 20-dən 21-nə keçən gecə isə cəbhə xəttində erməni silahlı bölmələri tərəfindən 98-dəfə atəşkəsin pozulmaslı faktı qeydə alınıb. 

Qeyd edək ki, bu gün Ermənistanın müdafiə naziri Seyran Ohanyan Ermənistan mətbuatına açıqlamasında ötən gün Azərbaycan hərbçilərinin qoşunlarının təmas xəttini keçərək təxribat törətdiyini bildirib.
Sizin Reklam Yeriniz