Əlaqə Arxiv
news Image
2014.01.26
10:53
| A A A
Azərbaycanda zəlzələ baş verib
Zəlzələ ölkənin şimal zonasında, Siyəzəndən 135 km şimal-şərqdə, Xəzər dənizində 33 km dərinlikdə 3,2 bal gücündə qeydə alınıb Xəzərdə 3,2 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, yerli vaxtla saat 00:14-də Siyəzəndən 135 km şimal-şərqdə, Xəzər dənizində 33 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən isə bildiriblər ki, yeraltı təkanlar yerli vaxtla saat 11:38-də Nardarandan 145 km şimal-şərqdə Xəzər dənizində qeydə alınıb. Zəlzələnin maqnitudası 3.30, dərinliyi 34 km olub.
Sizin Reklam Yeriniz