Əlaqə Arxiv
news Image
2014.01.26
11:15
| A A A
Bu dövlət rəhbəri görülməmiş vəhşiliyə imza atdı
Kim Çen-In dayısının ailəsini, hətta azyaşlı uşaqları belə evinin qarşısında,qonşularının gözü önündə edam edib Şimali Koreya Respublikasının rəhbəri Kim Çen Inın əmri ilə edam etdirdiyi dayısı Çan Son Txekin bütün ailə üzvlərini edam etdirib. ANS PRESS-in Şimali Koreyanın "Yonhap" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, o, hətta ailənin ən kiçik üzvünə belə mərhəmət etməyib. 

Agentliyin məlumayına görə, Çan Son Txekain böyük bacısı Çan Qe Sun Şimali Koreyanın Kubadakı səfiri, həyat yoldaşı Çon En Çjin və onların oğlu, Şimali Koreyanın Malayziyadakı səfiri Çan En Çxol, 20 yaşlı oğulları Te Ren və Te Un ilə birlikdə dekabr ayında Pxenyana çağırılaraq edam olunublar. 

Çan Son Txekin hər iki qardaşı xəsətlikdən həaytını dəyişib. Buna görə, Kim Çen Inın kütləvi təmizləmə əməliyyatına sadəcə dayısı Çan Son Txekin bacısının ailəsi,o cümlədən azyaşlı nəvələri məruz qalıb.

Agentlik məlumat verir ki, hakim orqanlara müqavimət göstərən ailə üzvləri öz evləri qarşısında, qonşularının gözü önündə güllələnib. Bununla yanaşı, liderin dayısının qan qohumu olmayan qadınları edamdan canını qurtara bilib. Çan En Çxolun həyat yoldaşını isə məcburən ərindən boşatdırıb ailəsi ilə birgə Şimali Koreyanın uzaq rayonundakı düşərgəyə göndəriblər. 


Sizin Reklam Yeriniz