Əlaqə Arxiv
news Image
2014.01.28
15:18
| A A A
36 marşurutda gediş haqqını kartla ödəmək mümkün olacaq-Özəl
"Nəqliyyatda kart sisteminin tətbiqinin kütləviləşməsi fevral ayından müşahidə olunacaq. Hazırda hələki iki marşurutda, 10 və 95 saylı xətlərdə kart sistemi tətbiq olunur. Kartla ödəniş sisteminin işlədiyi avtobusların sayı az olduğundan, hələki  yol kartlarının satışında da elə canlanma hiss olunmur".
Bu sözləri Movqe.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Namiq Həsənov deyib. N. Həsənov bildirib ki, proses fevral ayından daha da sürətlənəcək. Onun sözlərinə görə, fevral ayından 36 marşurutda gediş haqqını kartla ödəmək mümkün olacaq. 
N. Həsənov hələki nəqliyyat kartlarından nə qədər satıldığını söyləməyin tez olduğunu bildirib. Nazirlik səlahiyyətlisi qeyd edib ki, bu məlumat onlara ayın sonu təqdim olunacaq.
Sizin Reklam Yeriniz