Əlaqə Arxiv
news Image
2014.01.28
00:46
| A A A
Kafedə əxlaqsızlıq yuvası aşkar edilib
Paytaxtın Sabunçu rayonu ərazisində əxlaqsızlıq yuvası aşkar edilib. Sabunçu qəsəbəsindəki bazarın içində yerləşən kafe müştərilərə də 2 qat xidmət göstərirmiş. Kafedə əxlaqsızlıq yuvasının təşkil olunması barədə məlumat daxil olan kimi Sabunçu rayon polis idarəsi və 12-ci polis bölməsinin əməkdaşları birgə əməliyyat keçirib. Nəticədə həmin kafeni işlədən Abşeron rayon sakini Leyla Qasımovanın gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etrməsi müəyyən edilib.
Obyektdə çəkiliş aparan zaman kafe sahibini tapa bilmədik. Amma kafenin hələ də işlək vəziyyətdə olması buranın hazırda da təyinatı üzrə fəaliyyət göstərdiyini deməyə əsas verir. Faktla bağlı isə araşdirmalar Sabunçu rayon Polis İdarəsində davam etdirilir. İşi aparan müstəntiq Natiq Cəfərovdan aldiğımız məlumata görə, faktla bağlı kafenin sahibi Leyla Qasımova barəsində cinayət məcəlləsinin 243 fahişəliyə cəlb etmə və 244-cü əxlaqsizlıq yuvası saxlama maddələri ilə cinayət işi başlanılıb. Müstəntiq bildirdi ki, hələlik kafenin sahibi saxlanılmayıb və onun barəsində sübutlar toplanılır.

Sabunçu bazarının yaxınlığinda Leyla Qasımovanın kafesinə oxşar əzlaqsızlıq yuvası kimi fəaliyyət göstərən bir neçə obyekt var. Nə qədər qəribə olsa da həmin kafelərdə hökm sürən natəmizlik içində rahatlıq tapmağa gələnlərin sayı isə heç də az deyil. Sabunçu bazarının yaxinlığında başqa bir bazarın mövcudluğu isə sözün əsl mənasında, bazarlıq üçün ora gələnlərin rahatlığına mənfi təsir göstərir.
Sizin Reklam Yeriniz