Əlaqə Arxiv
news Image
2014.01.29
10:19
| A A A
Təzə gəlinə görünməmiş işgəncə verdilər

Astarada gənc qadın ailə zorakılığının qurbanına çevrilib. Movqe.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, rayonun Pəlikəş kənd sakini Malik Nabatov yaşadığı evdə 2011-ci ilin oktyabr ayından 2012-ci ilin iyun ayına kimi olan dövrdə oğlu Afiyəddin və həyat yoldaşı Mirvari ilə qabaqcadan əlbir olaraq gəlini 20 yaşlı Rükiyeva Qutamə Arzu qızını mütəmadi olaraq təhqir edib, yumruq və təpiklə, bıçaqla vurub, bədəninə dəfələrlə yanan siqaret basıb, saçlarını qırxıb və müxtəlif fiziki əzab veriblər. Sonradan zərərçəkmiş tərəfin rəsmi şikayətindən sonra baş verənlər hüquq müstəvisinə qədər gəlib çıxıb. 20 yaşlı Rükiyeva Qutamə Arzu qızının təxminən 8 ay müddətində mütəmadi olaraq təhqir edildiyi, müxtəlif fiziki ağrılar və psixi iztirablarla əzab verildiyi Astara rayon prokurorluğunda aparılan istintaqla müəyyən edilib. Bu gün Astara rayon məhkəməsində gəlinə işgəncələr verdiyi üçün Qutamə Rükiyevanın əri Nabatov Afiyəddin Malik oğlu, qayınatası Nabatov Malik Məmmədağa oğlu və qayınanası Şahmuradova Mirvari Şahverdi qızının Cinayət Məcəlləsinin 133.2.3, 133.2.4, 133.2.6 və 145.2.3 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin hazırlıq iclası keçirilib. Hakim İsmayıl Abdürrəhmanlının sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin müdafiəçiləri, dövlət ittihamçısı iştirak edib. İlk məhkəmə iclasında zərərçəkən tərəf iştirak etməyib. Məhkəmə prosesində təqsirləndirilən şəxslərin cinayət əməllərini törətməsi şahid ifadələri və ekspertiza rəyləri ilə sübuta yetirilib. Gəlinin qaynanası Mirvari Şahmuradova isə deyilənləri təkzib edib: "Mən evdə olmamışam. Gəlin özü evi tərk edib gedib. Həmin vaxt toyda olmuşam. İndi oğlanla nə problem olubsa, onların arasında olub." Məhkəmə iclasında iştirak etməyən zərərçəkmiş tərəflə telefon əlaqəsi saxlanılıb və qızın atası Arzu Rukiyev bildirib: "Qızı əri, qaynanası, qayınatası, qaynı döyüb. Bunlar tərəfindən hər gün işgəncəyə məruz qalıb. Nə olubsa, izahatda yazmışam."

Məhkəmə iclasında ata oğul barəsində çıxarılmış "başqa yerə getməmək" qərarı dəyişilərək, hər ikisi barəsində həbs-qətimkan tədbiri seçilib və onlar məhkəmə zalındaca həbs olunublar.

Qeyd edək ki, növbəti məhkəmə iclası fevralın 11-nə təyin olunub.

 

Sizin Reklam Yeriniz