Əlaqə Arxiv
news Image
2014.01.29
20:06
| A A A
"Azərbaycan ordusunun çox sayda tankı cəbhə xəttinə doğru irəliləyir"
Türkiyənin "Yeni Şafak" qəzetində dərc olunmuş bir məqalə Ermənistanda vahimə yaradıb.
ANS PRESS-in məlumatına görə, qəzet Azərbaycan ordusunun çox sayda tankının cəbhə xəttinə doğru irəlilədiyini bildirib: "Azərbaycan ordusu rəsmi olaraq bir açıqlama verməsə də, son iki gündür ki, sosial mediada çox sayda zirehli birliyin döyüşlərin sıx getdiyi olduğu bölgələrə aparıldığı bildirilir. Qarşıdurmaların sürdüyü bölgəyə könüllü olaraq getmək istəyənlərə yerli təhlükəsizlik gücləri icazə vermir. Jurnalistlərin cəbhəyə yaxın bölgələrə getməsinə icazə verməyən səlahiyyətlilər gərginliyin davam etdiyini, vəziyyətin ağır olduğunu söyləməklə kifayətlənirlər".
Məlumat "Yeni Şafak"a istinadən Ermənistanın "Armenian Report" portalında da dərc etdirilib. Ermənistan ordusunun çox sayda itki verdiyini qeyd edən portal yazır: "Erməni tərəfi belə böyük itkinin olmasını təkzib edir. Azərbaycan Müdafiə Nazirliyi isə erməni tərəfinlən itkilərinin dəqiq sayını bildirməkdən imtina edib, yalnız qeyd edib ki, düşmən böyük sayda itki verib".
Sizin Reklam Yeriniz