Qəzaya uğrayan sürücü jurnalistlərə hücum etdi
Bu gecə Bakıda ağır yol qəzası baş verib. ANS PRESS-in məlumatına
görə, Heydər Əliyev prospektində "Mercedes" markalı, 01 BL 348
dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yol kәnarındakı
arakәsmәyә çırpılıb. Qəza zamanı xoşbəxtlikdən sürücü Vidadi Pәnah
oğlu İsmayılova cidid zərər dəyməyib. Lakin avtomobil yararsız hala
düşüb. Qeyd edək ki, qəzadan sonra qəribə hadisə baş verib.
Avtomobili əzilən Vidadi İsmayılov əsəbləşərək, hirsini hadisəni
çəkmək istəyən jurnalistlərdən çıxıb. O, qəfil müxbirlərə hücum
edib. Orda olan yol polisləri sürücünü birtəhər sakitləşdirə bilib.
Deyilənlərə görə, hadisə zamanı kanallardan birinin operatorunun
kamerası da sınıb.
Faktla bağlı araşdırma aparılır.

Faktla bağlı araşdırma aparılır.
