Müəllimlər İnstitutunun bağlanan filiallarının müəllimlərinin nəzərinə!
Yaqub Piriyev:" Müəllimlər İnstitutunun bağlanan filiallarında işləyən müəllimlər digər ali məktəblərə yerləşdiriləcəklər"
Müəllimlər İnstitutunun bağlanan filiallarında işləyən müəllimlər
digər ali məktəblərə yerləşdiriləcəklər. Movqe.az xəbər verir ki,
bu sözləri bu gün Təhsil Nazirliyində keçirilən mətbuat
konfransında Elm Ali və Orta İxtisas təhsili şöbəsinin müdir
müavini Yaqub Priyev deyib. Y. Piryev bildirib ki, institutun 11
filialından 4-ü bağlanıb: "Sumqayıt dövlət universitetində müvafiq
müəllim ixtisasları var. "Bəzi müəllimlər ora göndəriləcək. Gəncədə
də 3 universitetimiz var yəqin oraya da yerləşdirilənlər
olacaq".
Y. Piriyev jurnalistlərə açıqlamasında Sumqayıt Dövlət Universitetinin işdən azad olunan rektoru ilə bağlı da məlumat verib. Y.Piriyev deyib ki, sözügedən universitetdə işdən azad olunanların bəziləri kafedra müdiri vəzifəsinə keçiriliblər. "Həmin universitetə yeni rektor əvəzi təyin olub. Həmin rektor islahatlar həyata keçirir".