Yarım milyon manatlıq mənimsəmənin üstü açıldı
"Türkan Telekom" Məhdud Məsuliyyətli Cəmiyyətdə
yol verilmiş qanun pozuntuları ilə əlaqədar toplanmış material Baş
prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində
araşdırılı. Baş Prokurorluğun mətbuat
xidmətindən Movqe.az-a daxil olan məlumata görə, cəmiyyətin
sürücü-ekspeditoru Siyavuş Nəsibovun qulluq mövqeyindən
sui-istifadə etməklə fiziki şəxs qismində sahibkarlıqla məşğul olan
Samir Abbasi ilə əlbir olaraq telefon danışıq kartlarının
satışından əldə olunmuş 452.0 min manat məbləğində pulu müəssisənin
hesabına mədaxil etməyərək mənimsəmələrində şübhələr üçün əsaslar
olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya
israf etmə), 179.3.2 və 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə) maddələri ilə cinayət işi
başlanıb. Hazırda iş üzrə istintaq
davam etdirilir.