Əlaqə Arxiv
news Image
2014.01.30
18:40
| A A A
Azərbaycanın Britaniyadakı səfiri “The Guardian”a etiraz məktubu göndərib
Azərbaycanın Britaniyadakı səfiri “The Guardian”a etiraz məktubu göndərib Azərbaycanın Britaniya Krallığındakı səfiri Fəxrəddin Qurbanov bu ölkədən olan fotojurnalist Anastasiya Teylr-Layndın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfəri və onun "The Guardian" qəzetində çıxan məqaləsinə görə qəzetə etiraz məktubu göndərib.

ANS PRESS-in "The Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, diplomat məktubda fotojurnalistin səfərindən və yanvarın 24-də qəzetdə dərc etdirdiyi Dağlıq Qarabağ regionunda keçirilən toy mərasimindən çəkdiyi foto və materialdan narahatlığını ifadə edib.

Səfir qeyd edib ki, incəsənətlə məşğul olan insanlar qərəzsiz və obyektiv olmalı, münaqişədən əziyyət çəkən hər kəsin vəziyyətini qabartmalıdırlar: "Anastasiya Teylr-Laynd Azərbaycana səfər edib Dağlıq Qarabağdakı evlərindən çıxarılmış məcburi köçkünlərin vəziyyətinin şahidi olmalıdır. Belə qanunsuz səfərlər bölgəyə sülh və sabitlik gətirmək səylərini kömək etmir".

F.Qurbanov Azərbaycanın Dağlıq Qarabağ regionuna və digər işğal olunmuş ərazilərinə icazəsiz səfərlərin qanunsuz olduğunu qeyd edib: "Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınan hissəsidir və bu regiona səfər etmək istəyən əcnəbilər bunu Azərbaycanın müvafiq qurumları vasitəsilə etməlidirlər. Dağlıq Qarabağ regionuna icazəsiz səfər edən şəxslərin Azərbaycana səfərləri qadağan olunur".

Məqalənin tam mətni ilə bu linkdə tanış ola bilərsiz: 
http://www.theguardian.com/artanddesign/2014/jan/23/anastasia-taylor-lind-best-photograph-wedding-nagorno-karabakh
Sizin Reklam Yeriniz