Əlaqə Arxiv
news Image
2014.02.03
18:01
| A A A
Avtobuslarda qiymət artımı müəmması
Rayonlararası avtobuslarda qanunsuz qiymət artımı müşahidə olunur. Belə ki, bundan narazı qalan sərnişinlər ANS PRESS-ə bildiriblər ki, 6 manata olan biletlərin qiyməti 10 -15 manata qalxıb.

Bakı beynəlxalq avtovağzalına çatar- çatmaz rastlaşdığımız hər kəsdən qiymət artımının olmasından xüsusilə də bu artımın Bakı-Gəncə marşrutu ilə işləyən avtobuslarda olması xəbərini eşitdik. Biletlərin qiymətinin süni şəkildə artırıldığını deyən sərnişinlərin sözlərinə görə, avtovağzalın kassalarında biletlər qabaq sıralar üçün 15 manata, arxa sıralar isa 10 manata satılır. Odur ki, avtovağzılın həyətində vaxt itirmədən içəri daxil olduq. İlk əvvəl Bakı-Gəncə marşurutu ilə hərəkət edən avtobusların platformalarına yaxınlaşdıq. Apardığımız sorğudan məlum oldu ki, yerlər sərnişinlərə biletsiz satılır. Qiymətlərə gəldikdə isə 10-15 manat olmasa da əvvəlki günlərdən fərqli olaraq 1-2 manat arasında artım var. 

Marpaqlıdır ki, sərnişinlərdən fərqli olaraq avtobusun sürücüsü ilk əvvəl qiymət artımının olmadığını bildirdi. Amma sonradan dediklərini danaraq biletlər üçün pulun onun yığmadığını vurğuladı. 

Baki-Gəncə avtobusunda çəkilişdən sonra digər bir rayona, Bərdəyə gedən avtobusdakı sərnişinlərlə də söhbətlərdə gördüyümüz bu şəxs məndə əməlli başli təəccüb doğurdu. Niyəsini az sonra deyəcəm. 

Filankəs müəllimin dediklərindən sonra Baki Bərdə xəttinə nəzarət edən dispetçerə yaxınlaşdıq ki, ondan qanunsuz qiymət artımına münasibət öyrənək. Dedik ki, bunların hamısı ağ yalandır. Odur ki, dispetçer filankəs filankəsovu da götürüb yenidən yaxınlaşırıq bayaqkı musahibimə. Bu dəfə dediklərini dandı. 

Elə Bakı Beynəlxalq avtovağzalın kassalarına da baş çəkdik. Kassirdən öyrəndik ki, nə Baki Gəncə, nə də ki, Bakı Bərdə avtobusunda gediş haqqı artmayıb. Kassadan eşidiklərimizi Bakı beynəlxalq avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev də təkrarladı. 

Bir sözlə eşitdikərimiz və gördüklərimizdən belə başa düşdük ki, qiymət artırıma rəsmi olaraq yoxdur. Daha biletlərin kimlər tərəfindənsə qeyri rəsmi baha satmasını deyə bilmərəm. Hər halda bu cür qiymət artımlarının qarşısının almasında sərnişinlərin də rolu olmalıdır. 
Sizin Reklam Yeriniz