Əlaqə Arxiv
news Image
2014.02.07
20:32
| A A A
Soçi Olimpiadasının açılış mərasimi başladı
Bu gün fevralın 7-də Moskva vaxtı ilə 20.14-də Soçidəki "Fişt" stadionunda
XXII Qış Olimpiya Oyunlarının açılış mərasiminə start verildi. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, istər Rusiya, istərsə də dünya mediası bildirir ki, bu tədbir Qış Olimpiya Oyunları tarixində ən möhtəşəm mərasim olacaq. Ancaq məlum olub ki, Soçidə Qış Olimpiya Oyunlarının açılışını Vladimir Putin elan edəcək. Açılış mərasimində Rusiya yığmasının bayraqdarı bobsleyçi Aleksandr Zubkov olacaq, Olimpiya himnini opera divası Anna Netrebko ifa edəcək, Rusiya Federasiyasının dövlət bayrağını isə kosmonavtlar Sergey Krikalyov, Roman Romanenko, Fyodr Yurçixin, Svetlana Savitskaya və Yelena Serova qaldıracaqlar. Böyük marağa səbəb olan əsas məsələ - Olimpiya məşəlinin ölkə şəhərləri üzrə 163 günlük estafetini yekunlaşdıraraq Soçi arenasında əsas Olimpiya məşəlini kimin yandıracağı son dəqiqələrə qədər gizli saxlanacaq.
Sizin Reklam Yeriniz