Əlaqə Arxiv
news Image
2014.02.09
10:00
| A A A
Azərbaycanda iş adamının gənc oğlu faciəvi şəkildə öldü- Fotolar
Dünən axşam saat 19 radələrində Bakı-Qusar yolunda ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. Movqe.az xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, Qusar şəhəri ərazisində 90-NF-003 nömrə nişanlı "Maserati" markalı avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.Məlumata görə, maşının sürücüsü, Bakı şəhər sakini 20 yaşlı Fərid Nazim oğlu Dadaşov hadisə yerindəcə dünyasını dəyişib. Maşındakı digər sərnişin, 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Emin Oqtay oğlu Məmmədli isə ağır bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Lent.az-ın məlumatına görə, gənclərin dostları sosial şəbəkələrdə onların "Şahdağ" İstirahət Mərkəzinə dincəlməyə getdiklərini, geri qayıdarkən qəzaya uğradıqlarını yazıblar. Məlumata görə, F. Dadaşov iş adamı Nazim Dadaşovun oğludur.

Sizin Reklam Yeriniz