Əlaqə Arxiv
news Image
2014.02.10
10:00
| A A A
Bakı Metrosunda problem
Bu gün Bakı Metropolitenində sərnişinlər müəyyən problemlərlə üzləşiblər. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, "Həzi Aslanov" stansiyasından "Dərnəgül" stansiyası istiqamətinə gedən qatarların hərəkətində nizamsızlıq müşahidə olunub. Belə ki, "Həzi Aslanov", "Əhmədli" və "Xalqlar Dostluğu" stansiyalarından qatarlar yalnız "İçəri şəhər" stansiyasına getdiyi göstərilib. Bir neçə qatar keçəndən sonra qatarların hərəkətini göstərilən tabloda hələ də "İçəri şəhər" stansiyası göstərilib. Daha sonra növbətçi sərnişinlərə "Dərnəgül" stansiyasına getmək üçün "Neftçilər", yaxud da, "Nəriman Nərimanov" stansiyalarına getməyi xahiş edib.  Bu vaxt ərzində "Dərnəgül" stansiyası istiqamətinə gedən sərnişinləri sayı çoxalıb. Bununla da, Həzi Aslanov", "Əhmədli" və "Xalqlar Dostluğu" stansiyalarında sərnişin sıxlığı yaşanıb.
Məsələ ilə əlaqədar Metropolitenin hərəkət xidmətinin rəisi Hidayət Məmmədovun ANS PRESS-ə açıqlamasında qatarların hərəkətində heç bir problem yaranmadığını bildirib. "Sadəcə qatarların hərəkətində müəyyən gecikmələr ola bilər. Burada heç bir nasazlıq yoxdur. Hazırda metroda heç bir problem yoxdu", - deyə Hidayət Məmmədov bildirib.
Sizin Reklam Yeriniz