Əlaqə Arxiv
news Image
2014.02.16
22:07
| A A A
“Mehdi Ordusu”nun yaradıcısı Müqtəda əs-Sədr İraqin siyasi həyatından getdiyini bəyan edib
 Movqe.az-ın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, o bildirib ki, bundan sonra ölkə hökumətində onun maraqlarını heç bir siyasi blok və ya məmur təmsil etməyəcək.Müqtəda əs-Sədrin rəhbərlik etdiyi hərəkatın İraqdakı bütün nümayəndəlikləri də bağlanacaq. Təkcə sosial, tibbi və təhsil sahələri üzrə təsisatların fəaliyyətini davam etdirməsi nəzərdə tutulur. Əs-Sədr tərəfdarlarından biri dini liderin qərarının hərəkat üzvləri üçün gözlənilməz olduğunu açıqlayıb.Qeyd edək ki, hazırda qeyri-rəsmi "Bəsrə əmiri" adlandırılan əs-Sədrin tərəfdarları İraq parlamentində 325 yerdən 40-na sahibdir. Diqqət çəkən məqam odur ki, şiə lideri siyasətdən getməsi haqqında parlament seçkilərinə az qalmış bəyan edib. Parlament seçkiləri bu il aprelin 30-da keçiriləcək. Əs-Sədr hazırkı baş nazir Nuri əl-Malikinin ən ciddi rəqiblərindən biri sayılırdı. Müqtəda əs-Sədrin 2003-cü ildə yaratdığı "Mehdi Ordusu" ABŞ qoşunlarının işğalına qarşı mübarizə aparan əsas qüvvələrdən biri olub. Şeyxin tərəfdarları 2008-ci ildə silahlı mübarizəni dayandırıb. 2011-ci ildə isə Müqtəda əs-Sədr tərəfdarlarını amerikalıların İraqı tək etməsinə mane olmamağa çağırıb.
Sizin Reklam Yeriniz