Əlaqə Arxiv
news Image
2014.02.16
22:08
| A A A
Avopa İttifaqından Gürcüstana illginc təklif
Gürcüstan hökuməti Avropa İttifaqından ilginc təklif alıb. Movqe.az İTAR-TASS-a isitinadən xəbər verir ki, Avropa İttifaqı Gürcüstana öz hərbçilərini Mərkəzi Afrika Respublikası (MAR) daxilindəki münaqişə zonalarına yerləşdirmək təklifini verib. Gürcüstanın müdafiə naziri İrakli Alasaniya təkliflə bağlı bildirib ki, hazırda bununla bağlı gürca tərəfi müzakirələr aparır. Xarici işlər nazirinin birinci müavini David Zalkaliani isə qeyd edib ki, Gürcüstanın bu kimi missiyalarda iştirakı vacibdir: "Bu missiyada iştirak etməklə bizim ölkəmiz beynəlxalq təhlükəsizlik məsələlərində öz töhfələrini verə bilər". Qeyd edək ki, 2013-cü ildə Vilnüsdə keçirilən Aİ sammitində Gürcüstan tərəfi müəyyən edilmiş çərçivələrə dair imza atıb və onlardan biri münaqişə zonalarında bu dövlətin hərbi güclərinin iştirakından ibarətdir.
Sizin Reklam Yeriniz