Xırdalanda ev yandı, içəridəki iki azyaşlı uşaq tüstüdən zəhərləndi
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının
altıncı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan 3
otaqlı mənzilin 1 otağında ev əşyaları 18 kv.m sahədə yanıb.Yanğın
zamanı mənzildə köməksiz qalmış 2 azyaşlı uşaq yanğınsöndürənlər
tərəfindən tüstüdən zəhərlənmiş halda xilas olunub və Təcili Tibbi
Yardım Stansiyasının həkimlərinə təhvil verilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.