Qəza törədərək qaçmaq istəyən "Jeep" daha 2 qəza törədib
Bu gecə Bakının Yasamal rayonu Yeni yasamal 1
ünvanında 3 avtomaşının toqquşması ilə nəticələnən yol nəqliyyat
hadisəsi baş verib. Hadisə zamanı "Jeep" markalı avtomobilin
sürücüsü idarə etməni itirərək əvvəlcə mağazaya daha sonra yol
kənarındakı "Lada Priora" markalı avtomaşına çırpılıb. Hadisə
yerindən qaçmaq istəyən "Jeep" markalı avtomaşının sürücüsünə yol
kənarındakı işıq dirəyi mane olub. Şahidlərin sözlərinə görə
"Jeep"in ön təkərinin çıxmasına baxmayaraq o
dayanmayıb. Sonda "Jeep" yol kənarında
dayanan "Qazel" markalı yük maşınına çırpıldıqdan sonra dura
bilib. Hadisə yerinə Dövlət Yol
Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəlib. Polis
əməkdaşları sürücünün içkili olduğundan şübhələnərək onu alkoqol
testi məntəqəsinə aparıblar. Yararsız
vəziyyətə düşən maşın isə evakuator vasitəsi ilə cərimə
meydançasına aparılıb. Faktla bağlı
Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma
aparılır