Daha bir sahədə milli strategiya hazırlanacaq
Azərbaycanda müəlliflik hüquqlarının qorunması ilə
bağlı milli strategiya hazırlanır. Movqe.az-ın məlumatına görə, bu
barədə jurnalistələrə açıqlamasında Müəllif Hüquqları Agentliyinin
sədri Kamran İmanov deyib. Onun
sözlərinə görə, milli strategiya sənaye mülkiyyəti, əmtəə
nişanları, patentlər də daxil olmaqla, "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında nəzərədə tutulub. K.İmanov qeyd edib
ki, 2014-cü ildə belə bir strategiya ümumiləşdirilmiş şəkildə
təqdim olunacaq.Agentlik sədri əlavə edib
ki, internetin açıqlığı, istifadəçilərin rəqəmləşmiş əsərlərə
əlçatımlılığının təmin edilməsi, digər tərəfdən müəlliflərin və
hüquq sahiblərinin hüquqlarının qorunması müəyyən ziddiyyət təşkil
edir: "Bu da maraqların toqquşması, hüquqların pozulmasına səbəb
olur. Odur ki, bunların hamısını bir məxrəcə gətirmək üçün
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı bütün üzv dövlətlərə müraciət
edib ki, hər bir dövlət öz səviyyəsində milli qanunvericilik bazası
əsasında layihələr təqdim etsin. Azərbaycan bu gün belə bir
layihəni təqdim edəcək".
Onun sözlərinə görə, layihənin əsas məqsədi ondan ibarətdir ki, qanunvericilik və idarəetmə sistemi vasitəsilə rəqəmli şəbəkədə hüquqlar qorunsun.K.İmanov qeyd edib ki, bu istiqamətdə dünyada 3 variant var: "Birinci variant ondan ibarətdir ki, internetdən müəlliflik hüququ götürülsün və yalnız müəllifə istinadla sərbəst əsərlər istifadə olunsun. İkinci variant ondan ibarətdir ki, internetdə müəlliflik hüquqları ilə obyektlər sərbəst istifadə edilsinlər, lakin bu proses müəllifə müəyyən mükafatın verilməsi ilə icra olunsun. Sonuncu variant isə odur ki, qanunvericilik sərtləşdirilsin və istifadəçilərin hüquqları bir az sıxılsın. Azərbaycan bu 3 variant arasında öz təkliflərini irəli sürəcək".
K.İmanovun sözlərinə görə, Azərbaycan əsas ikinci varianta üstünülk verəcək: "Belə ki, əsərlərdən icazə almadan istifadə ediləcək, lakin hüquq sahibi və ya müəllifə qonorar və mükafatlar ödəniləcək".