Əlaqə Arxiv
news Image
2014.02.23
15:28
| A A A
Bu gecə həbsdən çıxan Timoşenko bu gün baş nazir ola bilər
Bu gün səhərdən Ukrayna Ali Radası öz iclasına başlayıb. ANS PRESS-in məlumatına görə, iclası Radanın vitse-spikeri Ruslan Koşulinski idarə edib. O, bu gün Ali Radanın sədrinin seçiləcəyinin və baş nazirin də təsdiqlənəcəyinin gözlənildiyini bildirib.

Deputat Nikolay Tomenko deyib ki, baş nazir postuna Yuliya Timoşenko, Aseniy Yatsenyuk və Petr Poroçenkonun namizədliyi nəzərdən keçirilir.

Ukraynanın inqilab ocağı Maydanda aksiyalar davam edir. Ölkədə hakimiyyət dəyişikliyi baş verməsinə baxmayaraq, insanlar hələ də meydanı boşaltmaq istəmirlər. Xalq yerdə qalan tələblərinin yerinə yetirilməsini, daha doğrusu hər hansı cinayət törətməkdə şübhəli bilinən dövlət məmurlarının cəzalandırılması istəyir. 

Ukraynanın rəsmi dövlət agentliyi UNİAN-ın məlumatına görə, deputatlar Oleq Lyaşko və Pavel Petrenko hər hansı cinayət törətməkdə şübhəli bilinən dövlət məmurlarının ölkə sərhədlərini tərk etməsini qadağan edən layihəni Ali Radaya təqdim ediblər. Layihəyə görə, bu sanksiyanın Ukrayna mərkəzi icra hakimiyyəti orqanlarında təmsil olunmuş səlahiyyətli şəxslərə tətbiq edilməsi nəzərdə tutulur. Həmçinin layihədə göstərilib ki, Dövlət Sərhəd Xidməti belə bir cəhd aşkarladığı zaman Ukrayna Ali Radası və hüquq-mühafizə orqanlarını məlumatlandlrmağa borcludur.

Ukrayna Xarici İşlər Nazirliyinin 116 əməkdaşı xarici işlər naziri Leonid Kojaranın ölkıni xaricdə təmsil etməyə mənəvi haqqının olmaması barədə məlumat yayıb. Nazirliyin "facebook" səhifəsində yayılan müraciətdə Ukrayna Ali Radasını bu məsələyə baxmağa çağırılır.
Sizin Reklam Yeriniz