Azərbaycan prezidenti “Şahdəniz”in istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb
ARDNŞ-ə QSC təsis etməklə, layihələrin səmərəli idarə olunmasını təmin etmək tapşırılıb
Azərbaycan prezidenti İlham Əliyev "Şahdəniz" qaz-kondensat
yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin
yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında
sərəncam imzalayıb. Movqe.az-ın məlumatına görə, sərəncamda
deyilir: "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci
mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi,
Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri
layihələrində (bundan sonra - Layihələr) Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin iştirak payı və digər maliyyə öhdəliklərinin
dövlət vəsaiti hesabına maliyyələşdirilməsi barədə Azərbaycan
prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli sərəncamı
ilə yaradılmış Dövlət Komissiyasının təklifini nəzərə alaraq qərara
alıram:
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nizamnamə kapitalı 100 (yüz) milyon ABŞ dolları təşkil edən və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi isə ARDNŞ-ə məxsus olan qapalı səhmdar cəmiyyətini (bundan sonra - Cəmiyyət) təsis etməklə layihələrin səmərəli idarə olunmasını təmin etsin;
- Layihələrdəki iştirak paylarının Cəmiyyətə keçməsini təmin etsin.
Azərbaycan Respublikasının Dövlət Neft Fondu Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsini təmin etsin;
- Cəmiyyətə Layihələr üzrə bu sərəncama əsasən keçən iştirak paylarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin, geri qaytarılmaq şərti ilə Cəmiyyətə uzunmüddətli investisiya edilməsini təmin etsin.
- Dövlət Komissiyası təyin etdiyi nümayəndələr vasitəsi ilə Cəmiyyətin Müşahidə Şurasında təmsil olunsun.
- Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin sahibliyi və idarə edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən həyata keçirilsin və həmin səhmlər üzrə dividentlər Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülsün.
- Sərəncama əsasən, Cəmiyyətə investisiya edilən vəsait tam geri qaytarılanadək Cəmiyyətin bütün Layihələrdən əldə etdiyi gəlir Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülsün.
- Dövlət Komissiyası sərəncamdan irəli gələn məsələləri həll etsin".