Əlaqə Arxiv
news Image
2014.02.27
14:30
| A A A
Martda 10 gün iş olmayacaq
Mart ayında 10 gün iş olmayacaq. Nazirlər Kabineti 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə bağlı Azərbaycanda qeyri-iş günlərinin sayını açıqlayıb. Nazirlər Kabinetinin qərarına əsasən bu il martın 20-i, 21-i, 22-si, 23-ü və 24-ü ölkəmizdə Novruz bayramı günü kimi qeyd olunacaq. Martın 22-si və 23-ü şənbə və bazar günlərinə düşdüyündən martın 25-ü və 26-i də ölkədə qeyri-iş günü olacaq.  8 mart tarixi şənbə gününə düşdüyü üçün martın 10-u da qeyri-iş günü sayılacaq.  Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.
Sizin Reklam Yeriniz