Əlaqə Arxiv
news Image
2014.02.27
18:14
| A A A
Azərbaycanda məscidin bağlanması ilə bağlı rəsmi açıqlama
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mican kəndindəki məscidlə bağlı xəbərlərə aydınlıq gətirib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən İsmayıllı rayonunun Mican kəndindəki məscidin bağlanması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan xəbərlərə aydınlıq gətirilib. 

Komitədən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, Mican kəndindəki məscid bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. "Məscid zəruri olduğu üçün yerli əhalinin istəyi ilə təmirə dayandırılıb",- deyə Komitədən göndərilən məlumatda deyilir.

"Eyni zamanda adıçəkilən məsciddə dini icmanın yaradılması məqsədilə sakinlər tərəfindən Dövlət Komitəsinə müraciət daxil olub. Müraciətə baxılaraq qanunvericiliyin tələblərinə uyğun olan bütün zəruri addımlar atılacaq".
Sizin Reklam Yeriniz