Əlaqə Arxiv
news Image
2014.02.28
12:35
| A A A
Silahlı rus hərbiçiəri Krımı mühasirəyə aldı

Ukrayna daxili işlər nazirliyinin xəbərinə görə, Krımda yerləşən Sevestapolun Qara dəniz sahili rus hərbi dəniz donanması tərəfindən mühasirəyə alınıb. Arsen Avakov Facebbokda bildirib ki, Sevestapoldakı Belbek beynəlxalq hava limanı rus hərbi dəniz donanması tərəfindən mühasirədədir.Bu haqda Movqe.Az BBC-yə istinad edir. O hələlik qan tökülmədiyini bildirərək, ordunu danışıqlara çağırıb.  Hərbiçilərin nə səbəb gəldikləri hələlik bilinmir. Arsen Avakov ordunun gəlməsini "hərbi işğal" adlandırıb. Hərbiçilərdən bəzilərinin əlində rus bayraqları var.

"Silahlılar bildiriblər ki, onlar hava limanına Ukrayna xüsusi təyinatlılarının gəldiyini düşünərək bu addımı atıblar. Lakin burada Ukrayna Silahlı Qüvvələrinə bağlı olan xüsusi təyinatlıların olmadığına əmin olduqdan sonra üzr istəyərək aeroportu tərk ediblər. 

Hava limanının nümayəndəsi aeroportun hazırda adi rejimdə işini davam etdirdiyini söyləyib.

Sizin Reklam Yeriniz