Yeni nazir yoxlamalara başladı
ənd Təssərrüfatı Nazirliyi subsidiyaların verilməsi ilə bağlı
yoxlamalara başlayıb. ANS PRESS-in məlumatına görə nazir Heydər
Əsədov jurnalistlərə açıqlamasında, yoxlamalar zamanı bir neçə
inzibati tədbirin görüldüyünü və qanun pozuntusu hallarının aşkar
edildiyini deyib. Nazir subsidiyaların verilməsi mexanizminin
dəyişdirilməsi məsələsinə də aydınlıq gətirib:
"Lazım olmayan və qanunun icazə vermədiyi yerlərə subsidiyaların verilməsi halları var. Biz onu müəyyənləşdiririk. İnzibati və qiymətləndirmə yolu ilə belə halların aradan qaldırılmasına nail olacağıq".
Nazir qeyd edib ki, subsidiyaların verilmə mexanizminin dəyişdirməsi prosesi uzun müddətli bir məsələdir:
"Bunun üçün biz elektron kənd təsərrüfatının yaradılmasına başlayırıq. Bunun üçün müvafiq strategiya hazırlanır və işə məsləhətçilər cəlb olunub. Bu, bir günə, bir aya əmələ gələn proses deyil".