Ukrayna prokurorluğu Yanukoviçin ekstradisiyasına başlayıb
"Ukrayna vətəndaşı Viktor Yanukoviçin Rusiyanın Rostov-na-Danu şəhərində mətbuat konfransı keçirməsi Yanukoviçin Rusiyada olmasını təsdiqləyən rəsmi faktdır"
Ukrayna baş prokurorluğu sabiq prezident Viktor Yanukoviçin
ekstradisiyası proseduruna başladığını bəyan edib. Movqe.az-ın
məlumatına görə, bu barədə prokurorluğun mətbuat xidməti məlumat
yayıb. "Ukrayna vətəndaşı Viktor Yanukoviçin Rusiyanın
Rostov-na-Danu şəhərində mətbuat konfransı keçirməsi Yanukoviçin
Rusiyada olmasını təsdiqləyən rəsmi faktdır. Ona görə də
Yanukoviçin ekstradisiya edilməsi ilə bağlı Rusiya baş
prokurorluğuna müraciət etmişik və yaxın vaxtlarda müsbət cavab
gələcəyinə ümid edirik", deyə məlumatda bildirilir. Qeyd edək ki,
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç bu gün Rusiyanın
Rostov-na-Danu şəhərində mətbuat konfransı keçirmişdi. Fevralın
24-də isə Yanukoviç qəsdən adam öldürmə maddəsi ilə rəsmi şəkildə
beynəlxalq axtarışa verilib.