Əlaqə Arxiv
news Image
2014.02.28
23:42
| A A A
ABŞ Yanukoviçi prezident saymır
"Yanukoviç ölkədən qaçmaqla və hakimiyyətdə vakuum yaratmaqla öz legitimliyini itirib” Viktor Yanukoviç Ukrayna prezidenti kimi öz legitimliyini itirib və ölkəni tərk edib, buna görə də ABŞ yeni hökumətlə işləmək qərarına gəlib. Movqe.az-ın məlumatınat görə, bu barədə jurnalistlərə Dövlət Departamentinin təmsilçisi Cen Psaki bildirib. "Yanukoviç ölkədən qaçmaqla və hakimiyyətdə vakuum yaratmaqla öz legitimliyini itirib. Biz indi keçid hökuməti ilə işləməyi qərara almışıq", - deyə Psaki vurğulayıb. Ukraynada hakimiyyət dəyişikliyi keçən bazar günü baş verdi. Ali Rada Viktor Yanukoviçi prezidentlikdən uzaqlaşdırdı və onun səlahiyyətlərini spiker Aleksandr Turçinova həvalə etdi, mayın 25-nə növbədən kənar prezident seçkiləri təyin etdi.
Sizin Reklam Yeriniz