Əlaqə Arxiv
news Image
2014.03.02
15:45
| A A A
Ukraynada müharibə başlandı?
Rusiya ordusu Ukraynaynanın Sevastopoldakı hərbi hissələrinə hücum etməyə hazırlaşır.Rusiya ordusu Ukraynanın Sevastopoldakı Matros Koşka hissələrinə hücuma başlayıb. Lazereskaya 1 ünvanında yerləşən 39-cu dəstə girişin qarşısını BTR-lərlə almağa hazırlaşırlar.

Dmitri Beloçerkovesbu barədə Facebook səhifəsində yazır: "Rusiya ordusu Ukraynanın Sevastopol hissəsindən hücuma başlayıb. Bizimkilər BTR-lərlə müdafiəyə hazırlaşırlar".

O, jurnalistlərdən oraya gedib baş verənləri işıqlandırmalarını xahiş edib.

D. Beloçerkoves "Ukrainskaya pravda"ya açıqlamasında rusların Lazerevskaya kazarmasının qarşısında yerləşən hərbi şəhərciyə - 39-cu təlim hissəsinə hücum etdiklərini təsdiqləyib:

"Ukraynalı zabit-parlamentçilər əsir götürülüblər. Binalardan birində yanğın başlayıb. Heç bir nişanı olmayan Rusiyanın "KamAZ"ı hərbi şəhərciyin ərazisinə daxil oldu. Bizimkilər girişi BTR-lərlə kəsiblər və rusların "KamAZ"ı onların əsas qüvvələrindən ayrı qalıb.

O, əlavə edib ki, ruslar şəhərciyin sərhədlərində avtomatlılar qoyublar və atəşlərlə hədələyirlər. "KamAz"dan heç kim düşmür...
Sizin Reklam Yeriniz