Əlaqə Arxiv
news Image
2014.03.02
16:10
| A A A
Ukrayna hava məkanını hərbi təyyarələrə bağladı
Ali Rada Rusiya prezidentiVladimir Putini rus qoşunlarını Ukrayna ərazisinə yeritməkdən çəkinməyə çağırıb.

Movqe.az xəbər ki, Ali Rada həmçinin Rusiya tərəfindən Qaradəniz donanmasını öz dislokasiya yerlərinə qaytarmağı tələb edən bəyanat da verib:

"Ali Rada RF-nin Qaradəniz donanmasının Ukrayna ərazisində yerləşməsinin baza razılaşmasının sözsüz yerinə yetirilməsini tələb edir: hərbi hissələr özlərinin dislokasiya yerlərinə təcili olaraq qaytarılmalıdır. Hərbçilərin, texnikanın və silahların istənilən hərəkəti Ukraynanın məsul orqanları ilə razılaşdırılmalıdır".

Bu arada Ukrayna hökuməti ölkənin hava məkanını hərbi təyyarələr üçün bağlayıb.
Müvafiq qərarı prezidentin səlahiyyətlərini müvəqqəti icra edənAleksandr Turçinovverib. Onun sözlərinə görə, Ukrayna səması yalnız mülki aviasiya üçün açıq olacaq. O bildirib ki, ölkənin bütün aeroportları güclü nəzarətə götürülüb.

Turçinov əlavə edib ki, Ukraynanın hərbi infrastruktur obyektlərinə istənilən hücum Rusiya tərəfindən birbaşa təcavüz kimi qəbul ediləcək. Onun fikrincə, Federasiya Şurasının V.Putinə Ukraynaya qoşun yeritmək haqqı tanımasını faktiki olaraq müharibənin başlanması kimi qəbul etmək olar. Turçinov həmçinin Ukraynanın xarici partnyorlarından kömək istəyib.

KİV-də Ukrayna ərazisindəki hərbi hissələrin ələ keçirilməsi haqda xəbərlər yayılıb. Bildirilirdi ki, Sevastopolda naməlum şəxslər sərhəd qoşun hissəsinə, kazaklar isə Feodosiyada dəniz quru qoşunlarının batalyonlarına hücum ediblər.
Sizin Reklam Yeriniz