3 azyaşlı dəm qazından zəhərlənib
Ötən ay dəm qazından zəhərlənmə diaqnozu ilə 76 nəfər Təcili
Təxirəsalınmaz Tibbi Yardıma müraciət edib. Movqe.az-a bu barədə məlumat verən Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinin Toksikologiya
şöbəsinin müdiri Azər Maqsudov
bildirib ki, onlardan 35 nərəfi xəstəxanaya yerləşdirilib: " 21
müraciətdən isə 15-də allergik reaksiya müşahidə olunub".
A. Maqsudov dəm qazından zəhərlənənlərin 3-nün azyaşlı olduğunu söyləyib. Onun sözlərinə görə, ötən ay dəm qazından 1 nəfər boğularaq dünyasını dəyişib.