Əlaqə Arxiv
news Image
2014.03.06
13:59
| A A A
Azərbaycan həbsxanalarında qadağan olunmuş əşya
Həbsxanalarında qadağan olunmuş əşyalar aşkar edilib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, Bakı təcridxanalarında saxlanılan Elçin Arif oğlu Abdullayev və Qobustan həbsxanasında Murad Hamlet oğlu Məmmədov bir daha qanunu pozublar.
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elçin Arif oğlu Abdullayevin saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, yatdığı çarpayının üstündəki döşəyin altında gizlədilmiş, daxilində danışıq kartı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1; 234.1; 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 66.3 və 93.1.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Murad Hamlet oğlu Məmmədovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, əynində olan şalvarın cibindən 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Hər iki fakt üzrə araşdırma aparılır. 
Sizin Reklam Yeriniz