Məhkuma məxsus siqaret qutusunun içindən mobil telefon çıxdı
3 sayli İstintaq təcridxanasında və Qobustan həbsxanasında qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a
verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən həyata
keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı
İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək həbs
edilmiş Əvəz Ağalar oğlu Məmmədovun etapla müəssisəyə daxil olduğu
zaman əşyalarına və üzərinə baxış keçirilərkən, ona məxsus
"Davidoff" siqaret qutusunun içərisində gizlədilmiş bir ədəd
"Nokia-6100" markalı mobil telefon aparatı, elektrik
qidalandırıcısının qırığı və bir ədəd "Nar" danışıq kartı aşkar
edilərək götürülüb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Elnur Məzahir oğlu Cahangirlinin saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, ona məxsus balışın içərisindən bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Hər iki fakt üzrə araşdırma aparılır.