Əlaqə Arxiv
news Image
2014.03.09
10:40
| A A A
Sumqayıtda vətəndaş evində köməksiz vəziyyətdə tapılıb
Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında bir nəfər kişi köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzilə baxış keçirilərkən halsız vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.
Sizin Reklam Yeriniz