Əlaqə Arxiv
news Image
2014.03.09
12:01
| A A A
239 nəfəri ölümə aparan təyyarənin qalıqları hələ ki, tapılmayıb
Malayziya rəsmiləri axtarış əməliyyatlarının bu gün erkən saatlarından yenidən başladıldığını bildiriblər. Malayziyada ötən gün qəzaya uğrayan "Malayziyan Eyrlaynz" şirkətinə məxsus sərnişin təyyarəsinin qalıqlarına rast gəlmək hələ ki, mümkün olmayıb.

Malayziya rəsmiləri axtarış əməliyyatlarının bu gün erkən saatlarından yenidən başladıldığını bildiriblər. Vyetnam sahillərində dənizin üzərində rast gəlinən sarı ləkə təyyarənin bu əraziyə düşməsi ehtimalını yaradıb.

Axtarış əməliyyatçıları ləkənin yanacaq ləkəsi olduğunu güman edirlər.

Qəza zamanı "Boinq-777" tipli təyyarənin göyərtəsində 227 sərnişin, 12 ekipaj üzvü olub. Ttəyyarə ilə əlaqə sonuncu dəfə Vyetnam ərazisindən uçarkən qeydə alınıb. Təyyarədə əksəriyyəti Çindən olmaqla 14 ölkənin vətəndaşları var.

Radarlardan itən təyyarə Malayziyanın paytaxtı Kuala-Lumpurdan Çinin paytaxtı Pekinə uçurmuş.


Sizin Reklam Yeriniz