Əlaqə Arxiv
news Image
2014.03.09
13:53
| A A A
Rio karnavalı həyəcanı yenidən yaşandı
Rio-de-Janeyro şəhərində samba məktəblərinin paradı keçirilib Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan möhtəşəm Rio karnavalı rəsmi olaraq başa çatsa da, samba rəqqasları yenidən Rio küçələrinə qayıdıblar. Belə ki, ənənəyə uyğun olaraq, karnavalın son günündə yarışan samba rəqs məktəblərinin təmsilçiləri öz məharətlərini bir daha göstərmək üçün Sambadromda parad keçiriblər.

Parada samba yarışında iştirak edən 20 məktəbin hamısı deyil, yalnız finala qalan 6 samba məktəbinin rəqqasları qatılıb.

"Çempionlar Paradı" adlandırılan tədbirə qatılan məktəblər rəqs kostyumlarının rəngarəngliyinə və musiqinin keyfiyyətinə görə bir-birindən fərqlənib. Hətta yağışın yağması belə Rio sakinlərinin və turistlərin parad əhval-ruhiyəsini poza bilməyib.
Sizin Reklam Yeriniz