Əlaqə Arxiv
news Image
2014.03.09
15:17
| A A A
İraqın baş nazirindən Səudiyyə Ərəbistanı və Qətərə sərt ittihamlar
İraqın baş naziri Nuri əl-Maliki bildirib ki, Səudiyyə Ərəbistanı və Qətər bilərəkdən İraq dövlətində vəziyyəti pozur.

"Onlar (Səudiyyə Ərəbistanı və Qətər) Suriya vasitəsilə və birbaşa İraqa hücum və müharibə elan ediblər. Bu iki dövlət digərlərindən əvvəl İraqda konfessiyalararası və terror, həmçinin təhlükəsizlik böhrana görə məsuliyyət daşıyırlar" - baş nazir Fransanın France24 telekanalına müsahibəsində deyib.

Şiə müsəlmanı olan əl

-Malikinin sözlərinə görə, İraqda sünni azlığın incidilməsində ona qarşı ittihamlar Səudiyyə Ərəbistanı və Qətər tərəfindən təhrik olunan fanatiklərdən irəli gəlir.İraqın baş nazirinin fikrincə, Ər-Riyad və Doha İraqda yaraqlılara siyasi, maliyyə və informasiya dəstəyi göstərir, habelə onları silahla təmin edir.
Sizin Reklam Yeriniz