“Səhranın bəyaz günəşi”nin Suxovu vəfat edib
Tanınmış Rusiya aktyoru, RSFSR-in xalq artisti Anatoli Kuznetsov martın 9-da Moskvada 84 yaşında vəfat edib.
Movqe.az - ın məlumatına görə, bu
barədə Rusiya Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən
bildirilib.
"Səhranın bəyaz günəşi" filmində oynadığı Suxov obrazı ilə
məşhurlaşan aktyor yaradıcılığı boyu 94 rol oynayıb.