Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadənin rəhbərlik etdiyi, bir qrup millət vəkilinin daxil
olduğu və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ)
səfirinin müşayiət etdiyi geniş tərkibli nümayəndə heyəti "Müsəlman
cəmiyyətlərində sülhün təşviqi" mövzusundakı beynəlxalq konfransda
iştirak etmək məqsədilə BƏƏ-nin paytaxtı Əbu Dabi şəhərində
səfərdədir.
Səfirlikdən verilən məlumata görə, heyət səfər çərçivəsində bu gün konfransın himayədarı və BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nəhyan, İSESKO-nun baş katibi Abduləziz Osman əl-Tuvaicri, Küveyt dövlətinin Vəqflər və İslam işləri üzrə nazirinin birinci müavini Adil Əl-Fəlah ilə görüşlər keçirib.
Konfrans çərçivəsində Şeyxülislam "Müsəlman cəmiyyətlərində sülhün möhkəmləndirilməsi" mövzusunda məruzə ilə çıxış edəcək.
BƏƏ-nin İslam işləri və Vəqflər üzrə Baş Komitəsinin sədri Hamdan Al-Mazrui ilə görüşün keçirilməsi də nəzərdə tutulur.